Rusiya ilə müharibə dövründə Ukrayna liqasının ən bahalı transferi

Xəbərlər
9 Fevral 2025 20:37
93
Rusiya ilə müharibə dövründə Ukrayna liqasının ən bahalı transferi

Braziliyanın "Fluminense" klubunun 18 yaşlı hücumçusu Kaua Elias "Şaxtyor"a keçib.

İdman.biz xəbər verir ki, bu transfer Ukrayna klubuna 17 milyon avroya (+ 3 milyon bonus) başa gəlib.

2023-cü ildən "Fluminense"nin əsas komandasında çıxış edən futbolçu həmçinin Braziliyanın U-17 yığmasının formasını geyinib.

Elias “Şaxtyor”un tarixində ən bahalı futbolçulardan biridir: Donetsk təmsilçisi yalnız Bernard (25 milyon avro) və Pedrinyonun (18 milyon) transferi üçün daha çox pul ödəyib.

Eyni zamanda, bu, Rusiya ilə müharibənin başladığı 2022-ci ilin fevralından bəri Ukrayna liqasında qeydə alınan ən bahalı transferdir.

2022-ci ilin fevralından sonra Ukrayna liqasının ən bahalı transferləri:
Kaua Elias - 2025-ci ildə “Şaxtyora”17 milyon avroya
Kevin – 2024-cü ildə “Şaxtyor”a 12 milyon avroya
Marlon Qomes – 2024-cü ildə “Şaxtyor”a 12 milyon avroya
Neverton – 2023-cü ildə “Şaxtyor”a 3,6 milyon avroya
Eginaldo - 2023-cü ildə “Şaxtyor”a 3,5 milyon avroya
Kevin Kelsi - 2023-cü ildə “Şaxtyor”a 3,5 milyon avroya

Digər komandalardan Kiyev “Dinamo”su 2024-cü ildə Oleksandr Pixalyonok və Eduardo Gerreronu hərəyə 2,5 milyon avroya transfer edib.

İdman.biz