“Araz-Naxçıvan” “Kəpəz”lə heç-heçə edib, Zirədə dramatik sonluq - VİDEO

Xəbərlər
10 Fevral 2025 20:54
204
“Araz-Naxçıvan” “Kəpəz”lə heç-heçə edib, Zirədə dramatik sonluq - VİDEO

Misli Premyer Liqasında XXII tur davam edir.

İdman.biz xəbər verir ki, ikinci oyun gününün matçları Bakıda baş tutub.

Mükafatlara iddialı “Araz-Naxçıvan” Premyer Liqada qalmaq üçün mübarizə aparan “Kəpəz”i qəbul edib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb.

Günə paytaxt derbisi ilə yekun vurulub. “Zirə” “Neftçi”ni sınağa çəkib. Oyunda bütün hadisələr 88-ci dəqiqədən sonra cərəyan edib. Emin Mahmudov "ağ-qaralar"ı hesabda önə keçirsə də, 90+1-ci dəqiqədə Ruan Renato bərabərlik qolunu vurub. Meydan mərkəzindən ouyna başlayan "Neftçi" ilk hücumdaca yenidən fərqlənib. Ervin Koffi başla topu qapıdan keçirib - 2:1.

Qeyd edək ki, tura fevralın 11-də yekun vurulacaq.

Misli Premyer Liqası
XXII tur
10 fevral (bazar ertəsi)

16:00. “Araz-Naxçıvan” – “Kəpəz” - 0:0

Baş hakim:
Kamal Umudlu

“Araz-Naxçıvan”: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Urfan Abbasov (k), 2. Slavik Alxasov, 7. Ülvi İsgəndərov, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 99. Raul Əhmədzadə, 6. Vadim Abdullayev, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 24. Mustafa Əhmədzadə, 71. Sənan Ağalarov, 57. Elcan Məmmədov, 21. Sezar Meza Kolli, 8. Karlos Jatoba, 14. Miço Kuzmanoviç, 9. Əyyub Allaş
Baş məşqçi: Elmar Baxşıyev

“Kəpəz”: 1. Rojerio Santos, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 12. Turan Manafov, 21. Camal Cəfərov, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 11. Trent Buhagiar, 3. Mahamadu Ba
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 2. İlkin Qırtımov, 70. Nicat Süleymanov, 8. Elmir Tağıyev, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 19. Sadiq Şəfiyev, 26. Valdemar Almeyda, 10. Karim Lkoça, 88. Şevroni Mabatşoev
Baş məşqçi: Azər Bağırov

“Liv Bona Dea Arena”

19:00. “Zirə” – “Neftçi” - 1:2
Qollar:
Ruan Renato, 90+1 - Emin Mahmudov, 88. Ervin Koffi, 90+3

Baş hakim: Əliyar Ağayev

“Zirə”: 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 5. Stefan Aka, 4. Ruan Renato, 10. Giorgi Papunaşvili, 70. İssa Cibrila, 23. Rafael Utziq, 17. Ayron Qomis, 19. Salifu Suma
Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov, 7. Məqsəd İsayev, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 90. Davit Volkov, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

“Neftçi”: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 4. Elvin Camalov, 91. Ağadadaş Salyanski, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 18. Ryonosuke Ohori
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samigullin, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 13. Emil Səfərov, 80. Həbib İsmayılov, 78. Elcan Əbilov, 47. Murad Məmmədov, 23. Robert Bauer, 9. Bassala Sambu, 20. Alfa Konte, 77. Yeqor Boqomolski
Baş məşqçi: Samir Abasov

Zirə İdman Kompleksinin stadionu

1

Qarabağ

21

16

2

3

53-14

50

2

Araz-Naxçıvan

22

13

5

4

23-15

44

3

Zirə

22

12

3

7

35-21

39

4

Turan Tovuz

22

9

9

4

30-24

36

5

Sabah

22

7

10

5

32-29

31

6

Neftçi

22

5

9

8

21-31

24

7

Sumqayıt

22

6

4

12

15-29

22

8

Şamaxı

22

5

5

12

20-29

20

9

Kəpəz

22

5

3

14

20-46

18

10

Səbail

21

4

4

13

20-31

16

Bombardirlər: Cesse Sekidika, Coy-Lens Mikels (hər ikisi “Sabah”), Felipe Santos (“Araz-Naxçıvan”), Davit Volkov (“Zirə”) – 8.

İdman.biz