“Barselona”nın futbolçusu Fermin Lopes Martin qeyri-adi göstəriciyə imza atıb.
İdman.biz xəbər verir ki, hücumameylli yarımmüdafiəçi La Liqanın XXIII turunun “Sevilya” ilə səfər oyununda hər mənada fərqlənib.
O, meydana sonradan daxil olduğu matçda həm qol vurub, həm qırmızı vərəqə alıb. Fermin XXI əsrdə “Barselona”nın heyətində belə durumla üzləşən ikinci futbolçudur. Fasilədə Qavini əvəzləyən 21 yaşlı ispaniyalı 46-cı dəqiqədə qola sevinib, 16 dəqiqə sonra meydandan qovulub.
Bunadək XXI əsrdə “Barselona”da yalnız Vitor Roke belə aqibətlə üzləşib. Hazırda “Betis”də icarədə olan braziliyalı da sonradan meydana çıxdığı görüşdə qol və qırmızı vərəqə ilə fərqlənib.
Qeyd edək ki, “Barselona” səfər oyununda 4:1 hesablı qələbə qazanıb.
İdman.biz