“Neftçi” daha bir futbolçunun keçidini rəsmiləşdirib.
İdman.biz xəbər verir ki, paytaxt klubu Aleks Fernandesi rənglərinə bağlayıb.
Braziliyalı sağ vinger mövsümün sonunda kimi icarəyə götürülüb. Razılaşmaya əsasən, "Baltika"ya (Rusiya) məxsus futbolçu ilə müqavilə 6 ay uzadıla bilər.
Qeyd edək ki, Aleks Braziliyanın “Atletiko Mineyro” və “Santos” klublarının U-20 komandalarında çıxış edib. O, 2022-ci ildə Bolqarıstan “Çerno More”sinə keçib. 2024-cü ilin fevralından şərəfini qoruduğu “Baltika”nın heyətində Rusiya birinci liqasında bu mövsümdə meydana çıxdığı 15 oyunda 3 qola imza atıb.
İdman.biz