Azərbaycanda qış transfer pəncərəsi bağlanıb.
İdman.biz xəbər verir ki, 2024/2025-ci illər mövsümünün ikinci transfer dövrü fevralın 10-da başa çatıb.
Klublar keçidləri dünən saat 23:59-dək gerçəkləşdirmək hüququna malik olub. Yanvarın 14-də açılan transfer pəncərəsi 28 gün davam edib.
Qeyd edək ki, PFL tərəfindən müəyyənləşdirilmiş transfer dövrü bitdikdən sonra klublar yalnız azad agent statuslu futbolçuları heyətinə qata bilər.
İdman.biz