Bu gün Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.
İdman.biz xəbər verir ki, ilk oyunlar çərçivəsində 4 matç baş tutub.
Günün ilk görüşündə Fransa klubları “Brest” və PSJ qarşılaşıb. Fransa klublarının duelində parislilər inamlı qələbə qazanıblar.
Mərhələnin əsas cütündə "Mançester Siti" "Real"ı qəbul edib. Pep Qvardiolanın komandası iki dəfə hesabda önə keçsə də, qonaqlar əzmkar qələbə qazana biliblər.
“Yuventus” evdə PSV-yə, Dortmund “Borussiya”sı səfərdə “Sportinq”ə qalib gələrək, 1/8 finala yüksəlmək üçün yaxşı şans qazanıblar.
Çempionlar Liqası
Pley-off, ilk oyunlar
11 fevral
21:45. “Brest” – PSJ - 0:3
00:00. “Mançester Siti” – “Real” - 2:3
00:00. “Yuventus” – PSV - 2:1
00:00. “Sportinq” – “Borussiya” D - 0:3
Qeyd edək ki, ilk oyunlara fevralın 12-də yekun vurulacaq.
İdman.biz