Maksim Medvedevdən məşqçilik karyerasında yüksəliş

Xəbərlər
11 Fevral 2025 09:50
54
Maksim Medvedevdən məşqçilik karyerasında yüksəliş

"Qarabağ"ın sabiq kapitanı Maksim Medvedev məşqçilik karyerasında daha bir uğura imza atıb.

Bu barədə İdman.biz-ə sabiq futbolçunun özü məlumat verib.

“Qarabağ”ın U-14 komandasında işləyən Medvedev UEFA-nın B kateqoriyası üzrə məşqçilik kursunu uğurla başa vuraraq, lisenziyaya yiyələnib.

Qeyd edək ki, Medvedevin kateqoriyasının lisenziya müddəti 2027-ci ilin sonuna kimidir.

Aytac Sahəd
İdman.biz