“Qarabağ”dan darmadağın - 18 dəqiqəyə 5 qol - VİDEO

Xəbərlər
11 Fevral 2025 20:52
316
“Qarabağ”dan darmadağın - 18 dəqiqəyə 5 qol - VİDEO

Bu gün Misli Premyer Liqasında XXII tura yekun vurulub.

İdman.biz xəbər verir ki, turun son günündə bir matç keçirilib.

Yeganə qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutub. Çempionatın lideri “Qarabağ” sonuncu pillədəki “Səbail”i qəbul edib. Uzun müddət hesabı aça bilməyən Qurban Qurbanovun komandası 76-cı dəqiqədə istəyinə çatıb. Ağdamlılar penaltidən fərqləniblər. Bundan sonra da dörd dəfə fərqlənən "Qarabağ" 5:0 hesabı ilə qalib gəlib. Kadi Borges komandaya dönüşünü qolla qeyd edib.

Qeyd edək ki, növbəti turun oyunları fevralın 15-17-də keçiriləcək.

Misli Premyer Liqası
XXII tur
11 fevral (çərşənbə axşamı)
19:00. “Qarabağ”– “Səbail” - 5:0
Qollar:
Yassin Benzia, 76 (p.). Leandro Andrade, 80; 85. Kadi Borges, 88. Nəriman Axundzadə, 90+3
Baş hakim: Elçin Məsiyev

“Qarabağ”: 1. Şahrudin Məhəmmədəliyev, 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 2. Mateus Silva, 21. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 9. Kadi Borqes, 19. Redon Cica, 15. Leandro Andrade, 11. Emmanuel Addai
Baş məşqçi: Qurban Qurbanov

“Səbail”: 12. Əlirza Müştəbazadə, 96. İlkin Muradov, 74. Yusif Nəbiyev (k), 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 16. Emin Rüstəmov, 3. Dmitro Litvin, 99. İnnosent Nşuti, 7. Madi Queta, 5. Gitay Sofir, 14. Suleyman Alluş
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 22. Mirabdulla Abbasov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 97. Oruc Məmmədov, 88. Hacıəli Şirəliyev, 10. David Qomis, 8. Qorka Laruçça
Baş məşqçi: Cavid Hüseynov

Tofiq Bəhramov adına Respublika Stadionu

1

Qarabağ

22

17

2

3

57-14

53

2

Araz-Naxçıvan

22

13

5

4

23-15

44

3

Zirə

22

12

3

7

35-21

39

4

Turan Tovuz

22

9

9

4

30-24

36

5

Sabah

22

7

10

5

32-29

31

6

Neftçi

22

5

9

8

21-31

24

7

Sumqayıt

22

6

4

12

15-29

22

8

Şamaxı

22

5

5

12

20-29

20

9

Kəpəz

22

5

3

14

20-46

18

10

Səbail

22

4

4

14

20-35

16

Bombardirlər: Leandro Andrade ("Qarabağ") - 9 qol, Cesse Sekidika, Coy-Lens Mikels (hər ikisi “Sabah”), Felipe Santos (“Araz-Naxçıvan”), Davit Volkov (“Zirə”) – 8.

İdman.biz