"Şamaxı"nın hücumçusu: "Rəqibdən asılı olmayaraq, hər oyunda qalib gəlməyə çalışırıq" - MÜSAHİBƏ

Müsahibə
11 Fevral 2025 14:12
52
"Şamaxı"nın hücumçusu: "Rəqibdən asılı olmayaraq, hər oyunda qalib gəlməyə çalışırıq" - MÜSAHİBƏ

"Şamaxı"nın albaniyalı hücumçusu Belajdi Pusinin Sportal.az saytına müsahibəsi

- Premyer Liqanın 22-ci turu çərçivəsində "Sumqayıt"a qalib gəldiyiniz oyun (1:0) barədə nə deyə bilərsiniz?

- Biz bu oyunda əsl xarakter göstərdik. Hər oyunda bu şəkildə xarakter göstərsək, xal qazana bilərik.

- Qış fasiləsindən sonra komanda qalib gələ bilməmişdi, ancaq aşağı pillələrdəki rəqibləriniz xal qazanırdı. Bu, sizin üçün motivasiya idi, yoxsa psixoloji gərginlik yaradırdı?

- Sözün açığı, bizim üçün ağır vəziyyət idi. Çünki rəqiblərimiz bizə bir az da yaxınlaşırdı. Lakin bundan sonra xal qazanmağa, qalib gəlməyə davam etməliyik. Çətin oyunlarımız oldu. Bundan sonra da çətin matçlar olacaq. Hər halda, biz hər oyuna xal qazanmaq üçün çıxacağıq.

- İlk hissə "Sumqayıt"ın, ikinci hissə isə "Şamaxı"nın üstünlüyü şəraitində keçdi. Fasilədə nə danışdınız?

- Birinci hissədən sonra paltardəyişmə otağında söhbət etdik. Səhvlərimiz haqda danışdıq. Baş məşqçi də tapşırıqlarını verdi. Nələri düzəltməli olduğumuzu bizə dedi. Biz də onun tapşırıqlarını yerinə yetirməyə çalışdıq.

- Növbəti həftə əsas rəqiblərinizdən olan "Kəpəz"lə qarşılaşacaqsız. Bu görüş barədə fikriniz necədir?

- Biz rəqibdən asılı olmayaraq, hər oyunda qalib gəlməyə çalışırıq. Hazırda da özümüzü inkişaf etdirməyə çalışırıq. "Kəpəz"lə görüşdə qalib gəlmək istəyirik. Bu matçda əlimizdən gələni edəcəyik.

- Premyer Liqanın sonuncusu Birinci Liqanının 3-cü komandası ilə pley-off oynaya bilər. Səncə, bu doğrudur?

- Bu haqda bir şey deyə bilməyəcəm. Çünki "Şamaxı" olaraq, biz liqanı sonuncu yerdə bitirməyi düşünmürük. Daha yuxarı yerlərdə olmağa, hər oyunda daha yaxşı çıxış etməyə çalışırıq.

- Premyer Liqada yeni mövsümdən legioner limiti olmayacaq, komanda sayı isə 12 olacaq. Bu barədə fikirləriniz necədir?

- Əgər belə bir şey varsa, yaxşıdır. Yaxşı qərarlardır.

İdman.biz