“Mingəçevir”də növbəti ayrılıq

Xəbərlər
11 Fevral 2025 17:32
42
“Mingəçevir”də növbəti ayrılıq

“Mingəçevir” daha bir futbolçusu ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, bölgə təmsilçisi Elnur Mirzəyevlə vidalaşdığını açıqlayıb.

Onunla mövsümün əvvəlində bağlanan 1 illik müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Qeyd edək ki, I Liqa təmsilçisi daha öncə 6 oyunçusu ilə yollarını ayırıb. Nizami Səmədov, Elvin Əsgərov, İlkin Əliyev, Rüstəm Quluzadə, Tural Məmmədzadə və Fuad Əhmədovla da müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

İdman.biz