Diniyevin dublu yeni komandasına 3 xal qazandırıb - VİDEO

Xəbərlər
11 Fevral 2025 19:58
48
Diniyevin dublu yeni komandasına 3 xal qazandırıb - VİDEO

Azərbaycan yığmasının futbolçusu Coşqin Diniyevin "Çorum"dakı debütü uğurlu alınıb.

İdman.biz xəbər verir ki, o, Türkiyə 1-ci Liqasının 24-cü turunda komandanın heyətində keçirdiyi ilk oyunda iki dəfə fərqlənib.

Bir neçə gün əvvəl "Bandırmaspor" "Çorum"a dəyişən Coşqun 14-cü dəqiqədə hesabı açıb. O, fasilədən dərhal sonra daha bir qol vuraraq, komandasının "Yeni Malatyaspor"la görüşdə 3 xal qazanmasında böyük rol oynayıb. Qarşılaşma 2:0 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, 24 turdan sonra "Çorum" 38 xalla 4-cü pilləyə yüksəlib.

İdman.biz