“Mançester Siti” 2024/25 mövsümündə ümumilikdə 12-ci məğlubiyyətini alıb.
İdman.biz xəbər verir ki, İngiltərə klubu Çempionlar Liqasının pley-offunun ilk oyununda “Real”a 2:3 hesabı ilə uduzub.
Bu, Mançester təmsilçisinin baş məşqçisi Pep Qvardiolanın karyerasının antirekordunun təkrarıdır. İspaniyalı mütəxəssis yalnız 2019/20 mövsümündə bu qədər məğlubiyyətə üzülüb. O, həmin uğursuzluğu da “şəhərlilər”lə yaşayıb.
Qeyd edək ki, “Mançester Siti” cari mövsümdə Çempionlar Liqasında 4, Premyer Liqada 7, Liqa kubokunda 1 dəfə uduzub.
İdman.biz