Bu gün Çempionlar Liqasında pley-offun ilk oyunlarına yekun vurulub.
İdman.biz xəbər verir ki, mərhələnin ikinci günündə 4 matç keçirilib.
İtaliya klubları “Atalanta” və “Milan” səfərdə müvafiq olaraq “Brügge” ilə “Feyenoord”la qarşılaşıb. Bu oyunlar Appenin təmsilçiləri üçün uğursuz olub. Hər iki komanda minimum hesabla uduzub.
“Bavariya” “Seltik”in qonağı olub. 2:1 hesabı ilə qalib gələn almanlar cavab matçı ərəfəsində böyük üstünlük qazanıblar.
“Monako” isə öz meydanında “Benfika”ya 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, pley-offun cavab görüşləri fevralın 18-19-da keçiriləcək.
Çempionlar Liqası
Pley-off, ilk oyunlar
12 fevral
21:45. “Brügge” – “Atalanta” - 2:1
00:00. “Feyenoord” – “Milan” - 1:0
00:00. “Seltik” – “Bavariya” - 1:2
00:00. “Monako” – “Benfika” - 0:1
İdman.biz