Türkiyə millisinin sabiq futbolçusu və baş məşqçisi Oğuz Çetin xəstəxanaya yerləşdirilib.
İdman.biz xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının mətbuat xidməti açıqlayıb.
61 yaşlı mütəxəssis sağlamlığında yaranan problem üzündən intensiv terapiya şöbəsində müalicə olunur. 2013-14-cü illərdə Azərbaycanda çalışan Çetin “Xəzər Lənkəran”da əvvəl köməkçi, sonra baş məşqçi kimi fəaliyyət göstərib.
Qeyd edək ki, mütəxəssisin son iş yeri İnkişaf direktoru kimi 2019-24-cü illərdə çalışdığı Türkiyə Futbol Federasiyası olub.
İdman.biz