"Barselona" polşalı futbolçusu Robert Levandovski ilə müqavilənin müddətini uzatmağa razılaşıb.
İdman.biz xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
36 yaşlı forvardın klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Amma o, "Barselona"da daha bir mövsüm qalmaq istəyir.
2022-ci ildən Kataloniya klubunda oynayan Levandovski bu mövsüm bütün yarışlarda 33 matçda 31 qol vurub və 3 məhsuldar ötürmə edib.
İdman.biz