Sabiq federasiya prezidenti - 2,5 il müddətinə həbs

Xəbərlər
12 Fevral 2025 17:26
103
Sabiq federasiya prezidenti - 2,5 il müddətinə həbs

Prokurorluq Luis Rubiales üçün 2,5 il müddətinə həbs istəyib.

İdman.biz xəbər verir ki, 2023-cü ilin yayında İspaniyanın qadınlardan ibarət futbol millisi finalda İngiltərəni məğlub edərək (1:0) dünya çempionu olub.

Mükafatlandırma mərasimi zamanı o vaxt İspaniya Kral Futbol Federasiyasının (RFEF) rəhbəri olan Rubiales futbolçu Cennifer Hermosonun dodaqlarından öpüb.

Rubialesin məhkəməsi fevralın 3-də başlayıb.

Bu gün Milli Məhkəmə prokurorunun müavini Marta Durantes iş üzrə yekun tələblərini açıqlayıb. İttiham tərəfi əvvəlki kimi, RFEF-nin keçmiş rəhbərinin 2,5 il müddətinə azadlıqdan məhrum edilməsini xahiş edir.

Prokurorluq Hermosonu öpüşün razılıq əsasında olduğunu deməyə məcbur etdikləri üçün həmçinin İspaniya millisinin keçmiş məşqçisi Albert Luke, qadınlardan ibarət milli komandanın keçmiş məşqçisi Xorxe Vilda və RFEF-nin keçmiş marketinq meneceri Ruben Riveranın da 1 il 6 ay müddətinə həbs cəzasına məhkum edilmələrini xahiş edir.

İdman.biz

Məqalədə: