Yarım əsrlik həsrətə son

Xəbərlər
13 Fevral 2025 09:11
103
Yarım əsrlik həsrətə son

“Feyenoord” Çempionlar Liqası/Çempionlar kubokunun pley-off mərhələlərindəki qələbə həsrətinə son qoyub.

İdman.biz xəbər verir ki, Niderland təmsilçisi “Milan”ı 1:0 hesabı ilə məğlub edib.

Rotterdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələlərində son dəfə 1974-cü il sentyabrın 18-də qalib gəlib. 50 ildən artıq müddət əvvəl baş tutan görüşdə niderlandlılar “Kolreyn”i 7:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “Milan”la “Feyenoord” arasında pley-off mərhələsinin cavab oyunu fevralın 18-də keçiriləcək.

İdman.biz

Məqalədə: