Mahir Emreli Cənubi Koreya klubuna keçir?

Xəbərlər
13 Fevral 2025 09:49
608
Mahir Emreli Cənubi Koreya klubuna keçir?

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın “Nürnberq” klubundan ayrılır.

İdman.biz xəbər verir ki, bunu “Bild” nəşri iddia edir.

26 yaşlı hücumçu karyerasını Cənubi Koreyada davam etdirəcək. O, “Maqdeburq”la qarşılaşmanı ehtiyat oyunçular skamyasında keçirdikdən sonra ciddi narazılıq nümayiş etdirib. Mahir bundan sonra komandanın məşqlərinə də qatılmayacaq və yeni klubuna keçəcək.

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze isə onu fikrindən daşındırmağa çalışır: “Maqdeburq”la matçda ona asan olmadı. Buna görə onunla yenidən söhbət etdim. Daim onunla ünsiyyətdəyəm. Emreli mənə lazımdır və bunu dəfələrlə ona hiss etdirmişəm. Mahir başa düşməlidir ki, bəzən başqasının lehinə verilən qərarlar onun əleyhinə deyil. 50-dən çox beynəlxalq oyun keçirən futbolçunun ehtiyatda qalmaqdan narahat olması başadüşüləndir”.

Nəşrin iddiasına görə, baş məşqçi ilə söhbət də Emrelinin fikrini dəyişməyib. Son məşqdə narazı tərzdə hərəkətlər edən hücumçu getmək qərarından hələ dönməyib.

Qeyd edək ki, Mahir 2024-cü ilin yayında “Nürnberq”ə keçib.

İdman.biz