"Feyenoord"un qapıçısı Timon Vellenreuther "Milan"a 1:0 hesabı ilə qalib gəldikləri oyunda iki dəfə başından zərbə alıb.
İdman.biz xəbər verir ki, UEFA Çempionlar Liqası matçının 25-ci dəqiqəsində Joao Feliks topa çatmaq istəyərkən dizi ilə qolkiperin başına vurub.
Nəticədə Vellenreuther iki dəqiqəyə yaxın həkimlərin nəzarətində olub.
Oyunun 40-cı dəqiqəsində isə o, cərimə meydançasında Rafael Leao ilə toqquşub. Vellenreutherlə hücuma çıxan "Milan"lı vingerin başları bir-birinə dəyib.
Hakim Xose Mariya Sançes Martinez hər iki epizodda heç bir oyunçuya vərəqə göstərməyib.
İdman.biz