“Qəbələ”nin 1241 dəqiqəlik seriyası İmişlidə qırılıb

Xəbərlər
13 Fevral 2025 15:43
101
“Qəbələ”nin 1241 dəqiqəlik seriyası İmişlidə qırılıb

“Qəbələ”nin quru oyunlar seriyası qırılıb.

İdman.biz xəbər verir ki, “qırmızı-qaralar” I Liqanın 2024/25 mövsümündə ilk qolu XIV turda buraxıb.

İlk 13 oyunda qapısını toxunulmaz saxlayan Səlahət Ağayev “İmişli” ilə səfər matçında məyus olub. Görüşün 72-ci dəqiqəsində Dioqo Rollo fərqlənib.

Bununla da “Qəbələ” və Səlahətin seriyası 1241 dəqiqədən sonra qırılıb.

Qeyd edək ki, davam edən “İmişli” – “Qəbələ” oyununda hesab 1:2-dir.

İdman.biz