Kriştiano Ronaldo - qapıya cəmi bir zərbə - VİDEO

Xəbərlər
14 Fevral 2025 09:45
135
Kriştiano Ronaldo - qapıya cəmi bir zərbə - VİDEO

Kriştiano Ronaldonun qol seriyası dayandırılıb.

İdman.biz xəbər verir ki, “Əl-Nəsr”in hücumçusu Səudiyyə Ərəbistanı çempionatının 20-ci turu çərçivəsində “Əl-Əhli”nin qapısına yol tapa bilməyib.

Portuqaliyalı futbolçu 76 dəqiqə meydanda olub və rəqib qapısına bir zərbə endirib ki, o da bloklanıb. Buna baxmayaraq, komandası rəqib meydanında 3:2 hesabı ilə qalib gələrək 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Ronaldo bundan əvvəlki 5 matçın hər birində fərqlənərək, ümumilikdə bu müddətdə 7 qol vurub.

İdman.biz