Karl-Haynts Rummenigge: "Super Liqa heç vaxt mövcud olmayacaq"

Xəbərlər
14 Fevral 2025 10:06
92
Karl-Haynts Rummenigge: "Super Liqa heç vaxt mövcud olmayacaq"

“İngiltərə, İspaniya, İtaliya, Fransa və Almaniyanın top klublarının yer alacağı bildirilən Super Liqa heç vaxt mövcud olmayacaq".

İdman.biz xəbər verir ki, bu sözləri “Bavariya”nın Müşahidə Şurasının üzvü Karl-Haynts Rummenigge "Bild"ə müsahibəsində deyib.

1980 və 1981-ci illər "Qızıl top"un sahibi Super Liqa layihəsinin perspektivləri barədə danışarkən belə bir fikir bildirib: "Çünki ora "Real" və "Barselona"dan başqa heç kim qatılmayacaq”.

İdman.biz