"Nitsa" 41 yaşlı müdafiəçisi Dante ilə müqaviləni daha bir il müddətinə uzadıb.
İdman.biz xəbər verir ki, 2025/26 mövsümü braziliyalı üçün Fransa klubunda onuncu olacaq.
“Lans”la qarşılaşmada (2:0) 300-cü dəfə “Nitsa”nın formasını geyinən Dante komandada ən çox oyun keçirmiş futbolçuların ilk "onluğ"una daxil olub.
"Nitsa"nın kapitanı müqavilənin müddətinin uzadılmasını şəxsən özü stadionda azarkeşlər qarşısında elan edib.
İdman.biz