Sabah Misli Premyer Liqasında XXIII tura start veriləcək.
İdman.biz xəbər verir ki, bu oyunlarla çempionatın III dövrəsinin yarıdan böyük hissəsi arxada qalacaq.
Komandalar artıq üçüncü “doqquzturluq” hissənin 4 turunu keçirib. Bu 20 matç 2025-ci ilə təsadüf edib.
Maraqlıdır, görəsən qış fasiləsindən sonra kim daha yaxşı çıxış edib? 51 qolun vurulduğu 2025-ci ilin şərti turnir cədvəlini nəzərdən keçirək.
“Zirə” ilin ən yaxşısıdır. Rəşad Sadıqovun yetirmələri ilə ardıcıl 3 qələbəylə başladıqdan sonra yalnız “Neftçi” ilə görüşdən xalsız ayrılıb.
Üç komanda isə fasilədən sonra 7 xal qazanıb. Bunlar 2024-cü ili autsayder kimi bitirənlərdir. Həmin vaxt 8-10-cu yerlərdə olan “Neftçi”, “Kəpəz” və “Səbail” mövsümü xilas etmək üçün “döyüşür”.
Çempionatın lideri “Qarabağ”la ən yaxın izləyicisi “Araz-Naxçıvan” sanki hələ tam özlərinə bənzəmirlər. Elə “Sabah” da onlar kimi 2025-ci ilin ortababı sayıla bilər.
İddialılar arasında ən uğursuz start “Turan Tovuz”dadır. Ötən ili orta sıralarda – 6-7-ci yerlərdə bitirən “Şamaxı” ilə “Sumqayıt” fasilədən sonra ən uğursuz komandalardır. Sonuncular nəinki qələbə, hətta qola da həsrətdirlər.
Qeyd edək ki, XXIII turun oyunları fevralın 15-17-də keçiriləcək.
1 |
Zirə |
4 |
3 |
0 |
1 |
7-5 |
9 |
2 |
Kəpəz |
4 |
2 |
1 |
1 |
8-5 |
7 |
3 |
Neftçi |
4 |
2 |
1 |
1 |
5-4 |
7 |
4 |
Səbail |
4 |
2 |
1 |
1 |
4-5 |
7 |
5 |
Qarabağ |
4 |
2 |
0 |
2 |
10-7 |
6 |
6 |
Sabah |
4 |
1 |
2 |
1 |
5-5 |
5 |
7 |
Araz-Naxçıvan |
4 |
1 |
2 |
1 |
2-2 |
5 |
8 |
Turan Tovuz |
4 |
1 |
1 |
2 |
6-9 |
4 |
9 |
Şamaxı |
4 |
1 |
0 |
3 |
4-6 |
3 |
10 |
Sumqayıt |
4 |
0 |
2 |
2 |
0-3 |
2 |
Vüqar Xeyrullayev
İdman.biz