“Çelsi” hədəfi itirib – 41 aydan sonra

Xəbərlər
15 Fevral 2025 09:11
87
“Çelsi” hədəfi itirib – 41 aydan sonra

“Çelsi” İngiltərə Premyer Liqasının XXV turunda “Brayton”la qarşılaşıb.

İdman.biz xəbər verir ki, 0:3 hesabı ilə uduzan London klubu 90 dəqiqə ərzində çərçivəyə bir zərbə də vurmayıb.

Görüş ərzində 8 dəfə qapı istiqamətində zərbə endirən “zadəganlar” hədəfə düşə bilməyib. Bu, “Çelsi”nin Premyer Liqa oyunlarında son 41 ayda ilk belə uğursuzluğudur. “Göylər” sonuncu dəfə 2021-ci ilin sentyabrında “Mançester Siti” ilə görüşündə hədəfi itirib.

Qeyd edək ki, “Çelsi” “Brayton”la qarşılaşmada 70 faiz topa sahib olub.

İdman.biz

Məqalədə: