"Tether"in rəhbəri: "Yuventus"a əvvəlki əzəmətini qaytaracağıq"

Xəbərlər
15 Fevral 2025 10:42
74
"Tether"in rəhbəri: "Yuventus"a əvvəlki əzəmətini qaytaracağıq"

"Tether" "Yuventus"un minoritar səhmdarı olub.

İdman.biz xəbər verir ki, rəsmən açıqlanmasa da, "Calciomercato" kriptovalyuta şirkətinin təxminən 5,01 % səhmə sahib olduğunu yazıb.

"Tether" açıqlamasında "Yuventus"a investisiyanın strateji xarakter daşıdığını bildirib.

Şirkətin rəhbəri Paolo Ardoino isə sövdələşməni belə şərh edib: "Yuventus"a əvvəlki əzəmətini qaytaracağıq".

İdman.biz