“Atletiko”nun yarımmüdafiəçisinə iki müştəri

Xəbərlər
15 Fevral 2025 15:38
86
“Atletiko”nun yarımmüdafiəçisinə iki müştəri

“Atletiko”nun futbolçusu Pablo Barrios “Çelsi” və “Bavariya”nın maraq dairəsinə düşüb.

İdman.biz xəbər verir ki, Avropanın iki nəhəngi 21 yaşlı yarımmüdafiəçini yayda heyətində görmək istəyir.

“Çelsi” və “Bavariya” ispan futbolçu üçün 70 milyon avro ödəməyə hazırdır. Barriosun müqaviləsində onun 100 milyona sərbəst qala biləcəyi ilə bağlı bənd yer alıb.

Qeyd edək ki, futbolçu cari mövsümdə keçirdiyi 24 oyunda 2 asssitə imza atıb.

İdman.biz