Elmar Baxşıyev: "Bizi bu şəkildə sıxışdırmaq istəyirlərsə, alınmayacaq"

Xəbərlər
16 Fevral 2025 18:54
69
Elmar Baxşıyev: "Bizi bu şəkildə sıxışdırmaq istəyirlərsə, alınmayacaq"

"Ağır oyun alındı. Hər iki komanda yaxşı mübarizə apardı.Komanda düşündüklərimizi meydanda verməyə, yaxşı iş göstərməyə çalışrıdıl. Yola davam etmək lazımdır".

İdman.biz xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev səfərdə "Turan Tovuz"la (0:1) matçdan sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis qırmızı vərəqə epizodu ilə bağlı da fikirlərini bildirib: "Təkrara baxım. Orada heç sarı vərəqəlik bir şey yox idi. İki tur öncə demişdim ki, bizi bu şəkildə sıxışdırmaq istəyirlərsə, alınmayacaq. Komanda möhkəmdir, meydanda layiqli cavab verəcək. "Kəpəz"lə matçın 3-cü dəqəsində VAR-a baxmadılar. Amma sonradan görürük ki, penaltilik epizod idi. Davam etmək lazımdır".

Baş məşqçi vurğulayıb ki, heç bir komandanın haqqının yeyilməsini istəməzlər: "Futbol ədalət tələb edir. Futbolda varlı, kasıb anlaşıyı olmamalıdır. Bəlkə də onların fərqli gördükləri, düşündükləri var. Sınmaq olmaz, istədiyimizə çatmaq üçün yolumuza davam etmək lazımdır".

İdman.biz