Azərbaycan çempionatında finalçılar nə vaxt müəyyənləşəcək?

Xəbərlər
17 Fevral 2025 16:48
135
Azərbaycan çempionatında finalçılar nə vaxt müəyyənləşəcək?

Minifutbol üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin cavab oyunlarının vaxtı bəlli olub.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidməti açıqlayıb.

Finalçılar fevralın 19-da bəlli olacaq. Saat 19:30-da “Qalaksi” və “Birbaşa Bakı” üz-üzə gələcək. “Aznur”la “Zirə”nin dueli 21:00-da başlayacaq.

Qeyd edək ki, görüşlər Bakı Tennis Akademiyasında keçiriləcək.

İdman.biz