“Dieqo Maradona, Pele, Ronaldo var. Ona görə də onun futbol tarixinin ən yaxşısı olduğunu söyləmək mənim üçün çətindir".
İdman.biz "Give me Sport"a istinadən xəbər verir ki, bu sözləri 2005-ci ilin "Qızıl top"unun sahibi Ronaldinyo “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi haqqında deyib.
Braziliyalı keçmiş futbolçu fikrini belə tamamlayıb: "Yalnız onu deyə bilərəm ki, Messi öz dövrünün ən yaxşı oyunçusudur".
Qeyd edək ki, Messi və Ronaldinyo 2004-2008-ci illərdə "Barselona"da birlikdə çıxış ediblər.
İdman.biz