Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.
İdman.biz xəbər verir ki, 1/8 finala dörd vəsiqə sahibini tapıb.
İtaliya klublarından “Milan” turnirlə vidalaşıb. Komanda səfərdə uduzduğu "Feyenoord"la heç-heçəyə razılaşıb.
“Atalanta” isə evdə “Brügge”dən revanş almağa çalışsa da, istəyinə nail olmayıb. Berqamolular cavab matçında da uduzublar.
Səfərdən qələbə ilə dönən “Bavariya” öz meydanında çətinliklə üzləşib. Hesabı açan “Seltik” üstünlüyünü 90+4-cü dəqiqədə əldən verib.
“Benfika” - “Monako” görüşündə qapılara 6 qol vurulub - 3:3. Monakoda qalib gələn lisabbonlular mərhələ adlayıblar.
Qeyd edək ki, pley-off mərhələsinə fevralın 19-da yekun vurulacaq.
Çempionlar Liqası
Pley-off, cavab oyunları
18 fevral
21:45. “Milan” – “Feyenoord” - 1:1
İlk oyun – 0:1
00:00. “Atalanta” – “Brügge” - 1:3
İlk oyun – 1:2
00:00. “Bavariya” – “Seltik” - 1:1
İlk oyun – 2:1
00:00. “Benfika” – “Monako” - 3:3
İlk oyun – 1:0
İdman.biz