Jirunun evi qarət olunub: 500 min dollarlıq saatlar oğurlanıb

Xəbərlər
18 Fevral 2025 12:22
106
Jirunun evi qarət olunub: 500 min dollarlıq saatlar oğurlanıb

Fransa millisinin sabiq futbolçusu Olivye Jirunun Los-Ancelesdəki evi qarət olunub.

İdman.biz xəbər verir ki, fransalı futbolçunun xanımı evin pəncərəsinin sındırıldığını görüb.

Qarətçilər 10-dan artıq kişi qol saatı oğurlayıb. Onların ümumi dəyəri 500 min dollardan çox olub. Oğrular hələ tapılmayıb.

Qeyd edək ki, Olivye 2024-cü ilin iyulunda “Los-Anceles”ə keçib.

İdman.biz

Məqalədə: