ÇL: PSJ və "Real" 1/8 finalda, "Yuventus" əlavə vaxtda turnirlə vidalaşıb - VİDEO

Xəbərlər
20 Fevral 2025 02:39
293
ÇL: PSJ və "Real" 1/8 finalda, "Yuventus" əlavə vaxtda turnirlə vidalaşıb - VİDEO

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, cavab oyunları çərçivəsində 4 matç keçirilib.

Günün ilk qarşılaşmasında Dortmund “Borussiya”sı “Sportinq”lə görüşüb. 90 dəqiqə ərzində hesab açılmayıb və səfər qələbəsi almanları 1/8 finala yüksəldib.

Madriddə “Real” “Mançester Siti”ni qəbul edib. Meydan sahibləri Kilian Mbappenin 3 qolu ilə rəqibi ağır məğlibiyyətə uğradıblar. Qonaqlar təsəlli qolunu son dəqiqələrdə vurublar.

PSJ isə “Brest”i darmadağın edib. Parislilər rəqibin qapısından 7 cavabsız top keçiriblər.

“Yuventus” Eyndhoven səfərində PSV ilə qarşılaşıb. Bu cütün qalibi əlavə vaxtda bəlli olub. Niderland çempionu həlledici qolu vuraraq, turinliləri mübarizədən kənarlaşdırıb.

Çempionlar Liqası
Pley-off, cavab oyunları
19 fevral

21:45. “Borussiya” D – “Sportinq” - 0:0
İlk oyun – 3:0
00:00. PSJ – “Brest” - 7:0
İlk oyun – 3:0
00:00. “Real” – “Mançester Siti” - 3:1

İlk oyun – 3:2
00:00. PSV – “Yuventus” - 2:1, ə.v. 1:0
İlk oyun – 1:2

İdman.biz