“Atletik”in futbolçusu Oskar de Markos karyerasını başa vurmağa qərar verib.
İdman.biz xəbər verir ki, 35 yaşlı futbolçu mövsümün sonunda yaşıl meydanlarla vidalaşacaq.
De Markos “Atletik”də 16 mövsüm keçirib. 2009-cu ilin yayında “Alaves”dən Bilbao klubuna keçib. O, “Atletik”də 560 oyuna çıxıb. De Markos bu göstəricidə yalnız Xose Anxel İribardan (614) geri qalır.
Qeyd edək ki, “Atletik”in kapitanı klubla İspaniya kubokunu və iki dəfə Superkubokunu qazanıb.
İdman.biz