Misli Premyer Liqası 3 dövrədə keçiriləcək

Xəbərlər
19 Fevral 2025 17:05
142
Misli Premyer Liqası 3 dövrədə keçiriləcək

Misli Premyer Liqasının 2025/26 mövsümünün formatı dəqiqləşib.

İdman.biz xəbər verir ki, bu barədə qərarı AFFA-nın İcraiyyə Komitəsi verib.

Növbəti mövsüm 12 komanda mübarizə aparacaq. Yarış 3 dövrədən – 33 turdan ibarət olacaq. III dövrənin oyunlarında meydan sahibi olacaq komandalar püşk əsasında müəyyənləşdiriləcək.

İdman.biz