Premyer Liqada pley-off tətbiq olunacaq

Xəbərlər
19 Fevral 2025 17:09
89
Premyer Liqada pley-off tətbiq olunacaq

Premyer Liqa və I Liqa komandaları arasında pley-off keçiriləcək.

İdman.biz xəbər verir ki, bu barədə qərarı AFFA-nın İcraiyyə Komitəsi verib.

Bu yenilik 2025/26 mövsümündən etibarən tətbiq olunacaq. Premyer Liqada sonuncu yeri tutan klub I Liqaya düşəcək, I Liqanın qalibi isə birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq.

Premyer Liqada 11-ci yeri və I Liqada 2-ci yeri tutan komandalar arasında neytral meydanda bir oyundan ibarət pley-off görüşü keçiriləcək. Qalib komanda Premyer Liqada iştirak hüququ əldə edəcək.

İdman.biz