AFFA liqaların oyunlarını təxirə salıb

Xəbərlər
19 Fevral 2025 17:16
113
AFFA liqaların oyunlarını təxirə salıb

AFFA U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 Liqalarının oyunları təxirə salınıb.

İdman.biz xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.

Fevralın 22-23-də bütün zonalar üzrə keçirilməsi planlaşdırılan görüşlər təxirə düşüb. Matçlar qeyri-müəyyən vaxta keçirilib. Buna qeyri-sabit hava şəraiti səbəb olub.

İdman.biz

Məqalədə: