“Öncə yaxşı oyuna görə rəqibə təşəkkür edirəm. Prinsipial qarşılaşma oldu”.
İdman.biz xəbər verir ki, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayev deyib.
O, Belarusun paytaxtı Minskdə keçirilən İnkişaf turnirinin Qazaxıstanla oyunu haqda fikirlərini bildirib: “Döyüşdük. Futbolçularıma təşəkkür edirəm. Onlar təmiz əzmkarlıqla qalib gələ bildilər. İlk yarıda uduzurduq . İrəli atılmağa, fərqi aradan qaldırmağa məcbur idik. Futbolçularla danışdıq ki, bu matçda qalib gəlməliyik. Görüşü xilas etdikləri üçün onlara minnətdaram. İndi 1-ci yerin taleyi bizdən deyil, rəqiblərdən asılıdır. Əlbəttə ki, İrana azarkeşlik edəcəyik. Amma Rusiya da yaxşı, güclü komandadır. Görək, necə olacaq?”.
Qeyd edək ki, millimiz Qazaxıstana 2:1 hesabı ilə qalib gəlib.
İdman.biz