Belajdi Pusi "Şamaxı"ya 100 min dollar qazandırıb

Xəbərlər
19 Fevral 2025 21:47
185
Belajdi Pusi "Şamaxı"ya 100 min dollar qazandırıb

"Şamaxı"nın Belajdi Pusinin "Fakel"ə keçidindən qazandığı məbləğ bəlli olub.

İdman.biz xəbər verir ki, Azərbaycan klubu bu transferdən 100 min dollar gəlir əldə edib.

Bu barədə Rusiya mətbuatında məlumat yer alıb. Albaniyalı futbolçu bu gün "Fakel"lə müqavilə bağlayıb.

Qeyd edək ki, Pusi 2024/2025 mövsümündə “Şamaxı”nın heyətində 21 oyunda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.biz