Minifutbol üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsi başa çatıb.
İdman.biz xəbər verir ki, iki oyundan ibarət olan bu mərhələdə “Zirə” “Aznur”dan , “Birbaşa Bakı” isə “Galaxy”dən üstün olub.
Favoritlər ilk oyunlardakı kimi cavab görüşlərində də qalib gəliblər. Martın 11-də keçiriləcək ölkə çempionatının final matçında da bu iki əsas favorit “Birbaşa Bakı” və “Zirə” üz-üzə gələcək. Çempionatın bürünc medalı uğrunda görüşü isə “Aznur” və “Galaxy” komandaları arasında olacaq.
Azərbaycan çempionatı
Yarımfinal, cavab oyunları
19 fevral
“Galaxy” – “Birbaşa Bakı” – 0:3
İlk oyun – 1:2
“Aznur” – “Zirə” – 2:4
İlk oyun – 0:2
İdman.biz