Avropa Liqası: “Qalatasaray”dan vida, "Fənərbaxça" 1/8 finalda - VİDEO

Xəbərlər
21 Fevral 2025 02:14
179
Avropa Liqası: “Qalatasaray”dan vida, "Fənərbaxça" 1/8 finalda - VİDEO

Bu gün Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, cavab oyunları çərçivəsində 8 matç baş tutub.

Türkiyə klubları da 1/8 finala vəsiqə üçün mübarizə aparıblar. “Fənərbaxça” evdə məğlub etdiyi “Anderlext” səddini Belçikada keçib. 4 qolun vurulduğu oyun 2:2 hesabı ilə yekunlaşıb.

“Qalatasaray” isə “Alkmaar”dan aldığı darmadağının revanşını ala bilməyib. Bu görüşdə də eyni nəticə qeydə alınıb.

Qeyd edək ki, 1/8, 1/4, 1/2 və finalın püşkatma mərasimi fevralın 21-də olacaq.

Avropa Liqası
Pley-off, cavab oyunları
20 fevral

21:45. “Qalatasaray” - “Alkmaar” - 2:2
İlk oyun - 1:4

21:45. “Bodo Qlimt” - “Tvente” - 3:2, ə.v. 2:0
İlk oyun - 1:2

21:45. FCSB - PAOK - 2:0
İlk oyun - 2:1

21:45. “Roma” - “Porto” - 3:2
İlk oyun - 1:1

00:00. “Anderlext” - “Fənərbaxça” - 2:2
İlk oyun - 0:3

00:00. “Viktoriya” - “Ferensvaroş” - 3:0
İlk oyun - 0:1

00:00. “Ayaks” - “Yunion” - 0:2, ə.v. 1:0
İlk oyun - 2:0

00:00. “Real Sosyedad” - “Midtyulland” - 5:2
İlk oyun - 2:1

İdman.biz