Azərbaycanda futbol üzrə iki yeni yığma yaradıla bilər

Xəbərlər
20 Fevral 2025 17:21
127
Azərbaycanda futbol üzrə iki yeni yığma yaradıla bilər

"Azərbaycanda iki yaş qrupu üzrə yeni futbol yığmaları yaradıla bilər".

İdman.biz xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov məlumat verib.

Mütəxəssisin sözlərinə görə, hazırda U-12 və U-14 komandalarının təsis edilməsi müzakirə olunur.

Lakin veteran futbolçu hesab edir ki, U-12 yığması ilə bağlı məsələdə bir qədər ehtiyatlı olmaq lazımdır: “Taktiki baxımdan bir çox şeyi dərk etməyən, inkişaf mərhələsində olan uşaqlardan ibarət komanda formalaşdırmaq riskli ola bilər. Fikrimcə, U-14 variantı daha idealdır. 12 yaşda perspektivli futbolçunu ortaya çıxarmaq çətindir. Dəfələrlə görülüb ki, bu yaşda boyu balaca, fiziki cəhətdən zəif olan uşaqlar yetkinlik yaşına çatanda birdən-birə özlərini yaxşı tərəfdən göstərə, gələcəkdə daha irəli gedə bilirlər. Belə olan halda, U-12 yığmasına düşə bilməyən futbolçuları itirə bilərik. Burada bir çox amil var. Əslində bu yaşda uşaqlara milli komandada yox, klublarda diqqət ayrılsa, daha effektli nəticə əldə etmək olar”.

İdman.biz

Məqalədə: