“Yuventus” baş məşqçisini dəyişə bilər.
İdman.biz xəbər verir ki, İtaliya klubu Tyaqo Motta ilə vidalaşmaq variantını nəzərdən keçirir.
Turin təmsilçisinin rəhbərliyi Çempionlar Liqası ilə vidalaşdıqdan sonra mütəxəssisdən narazı qalıb. PSV səddini keçə bilməmək onun taleyini sual altında qoyub. Artıq onun qarşısına sərt tələb qoyulub. Əgər “Yuventus” A seriyasını “dördlük”də bitirməsə, baş məşqçi vəzifəsindən göndəriləcək.
Qeyd edək ki, Motta 2024-cü ilin yayından “Yuventus”u çalışdırır.
İdman.biz