17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, yığmamız Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokuna son matçına çıxıb.
U-17 üçüncü yer uğrunda görüşdə Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. İlk yarıda qol buraxan İlham Yadullayevin yetirmələri fasilədən sonra hesaba tarazlıq gətirib. Lakin matçın sonlarında daha bir qol vuran Asiya təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Millimizin heyətində qolu 44-cü dəqiqədə Əhməd Vəliyev vurub. Öz qruplarında ikinci yeri tutanların duelində uduzan yığmamız turniri 4-cü yerdə başa vurub.
Qeyd edək ki, millimiz qrup mərhələsində Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gəlib.
İnkişaf kuboku
3-cü yer uğrunda oyun
21 fevral
13:20. Azərbaycan – Özbəkistan – 1:2
İdman.biz