Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Monteneqro ilə oyununun nəzərdə tutulduğundan 2 saat gec başlaması planlaşdırılır.
İdman.biz xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Bildirilib ki, Millətlər Liqası çərçivəsində Monteneqro yığması ilə “Liv Bona Dea Arena”da keçirəcəyi oyunun saat 17:00-da başlaması gözlənilir. Bununla bağlı yekun qərarı matçın hakimləri verəcək.
Qeyd edək ki, Azərbaycan – Monteneqro görüşü saat 15:00-da start götürməli idi. Lakin qeyri-sabit hava şəraiti ilə əlaqədar matçın iki saat gec başlaması qərara alınıb.
***
14:35
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Monteneqro yığması ilə oyununun keçirilməsi sual altına düşüb.
İdman.biz xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Millətlər Liqası çərçivəsində keçiriləcək görüş öncədən nəzərdə tutulduğu kimi, saat 15:00-da başlamayacaq. Baş hakim vəziyyətə yerində baxış keçirdikdən sonra matçın keçirilib-keçirilməyəcəyi ilə bağlı qərar verəcək. Buna qeyri-sabit hava şəraiti səbəb olub.
Qeyd edək ki, matçın ilkin olaraq 17:00-a təxirə salınması nəzərdə tutulub.
İdman.biz