Mayın 16-da Tbilisidə futbol əfsanələrinin oyunu keçiriləcək.
İdman.biz xəbər verir ki, Gürcüstan komandası “Barselona”nın ulduzlarını qəbul edəcək.
Dəqiq heyətlər hələ bəlli olmasa da, Xavyer Saviola və Qaiska Mendieta iştiraklarını təsdiqləyiblər.
Bu, gürcülər üçün ilk belə matç deyil. Ötən il onlar "İnter" və "Milan"ı qəbul ediblər, Arveladze qardaşları, Kaladze, Kobiaşvili və başqaları meydana çıxıblar.
Ölkənin altıncı prezidenti Mixail Kavelaşvilinin oyuna qatılıb-qatılmayacağı hələ bilinmir.
İdman.biz