“Lester” İngiltərə Premyer Liqasında yeni antirekorda imza atıb.
İdman.biz xəbər verir ki, “tülkülər” evdəki ardıcıl quru hesablı məğlubiyyət sayında antirekordçu olub.
“Lester” 6 belə matç keçirib. Rud van Nistelroyun yetirmələri “Brentford”la qarşılaşmada 0:4 hesabı ilə uduzub.
Bunadək “tülkülər” öz meydanında “Arsenal”, “Fulhem”, “Kristal Pelas” və “Mançester Siti”yə eyni - 0:2, “Vulverhempton”a 0:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, “Lester” Premyer Liqanın turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.
İdman.biz