“Bavariya” Bekkenbauer kuboku turniri keçirəcək

Xəbərlər
22 Fevral 2025 10:45
55
“Bavariya” Bekkenbauer kuboku turniri keçirəcək

“Bavariya” futbol əfsanələrinin iştirakı ilə martın 17-də Bekkenbauer kuboku turniri keçirəcək.

İdman.biz xəbər verir ki, Münhen klubunun 125 illiyinə həsr olunacaq yarışda ev sahiblərindən başqa, “Real Madrid”, “Milan”, “Borussiya Dortmund”, “Ştutqart” və “Ayaks” da çıxış edəcək.

Bekkenbauer kubokunda Aryen Robben, Frank Riberi, Lotar Matteus (keçmiş "Bavariya"lılar), Dida ("Milan"), Lukas Barrios ("Borussiya Dortmund"), Aleksandr Hleb ("Ştutqart") və Rayan Babelin ("Ayaks") iştirak edəcəyi gözlənilir.

İdman.biz