Tarazlığı kim pozacaq?

Xəbərlər
22 Fevral 2025 10:59
49
Tarazlığı kim pozacaq?

Misli Premyer Liqasının XXIV turunun ikinci günü “Araz-Naxçıvan” – “Səbail” oyunu ilə start veriləcək.

İdman.biz xəbər verir ki, bu, iki komanda arasında 7-ci çempionat matçı olacaq.

Əvvəlki 6 görüşdə mütləq tarazlıq hökm sürür. Hərəyə 2 qələbəsi olan rəqiblər eyni sayda da heç-heçə edib. Tərəflər qol sayında da bərabərdir – 8-8.

“Səbail” bütün səfər oyunlarında qol vurub. “Araz-Naxçıvan” son iki qarşılaşmada qalib gəlib.

24.09.2023

Səbail - Araz-Naxçıvan

1:0

02.12.2023

Araz-Naxçıvan - Səbail

1:1

17.02.2024

Səbail - Araz-Naxçıvan

2:2

21.04.2024

Araz-Naxçıvan - Səbail

0:2

27.09.2024

Araz-Naxçıvan - Səbail

3:2

07.12.2024

Səbail - Araz-Naxçıvan

0:2

Qeyd edək ki, qarşılaşma saat 16:00-da başlayacaq.

İdman.biz