“Liverpul”un yeni hədəfi

Xəbərlər
22 Fevral 2025 11:12
56
“Liverpul”un yeni hədəfi

“Liverpul”un transfer etmək istədiyi mərkəz müdafiəçisinin adı bəlli olub.

İdman.biz xəbər verir ki, İngiltərə klubu Mikki van de Venlə maraqlanır.

Hazırda “Tottenhem” forması geyinən 23 yaşlı futbolçunun arxa xətti gücləndirəcəyi gözlənilir. Onun London təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayında başa çatacaq.

Qeyd edək ki, Mikki cari mövsümün 12 oyununda 2 assistə imza atıb.

İdman.biz